Milli Məclisdə ABŞ Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsinə etiraz olunubbackend

Milli Məclisdə ABŞ Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsinə etiraz olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-ın məlumatına görə, iclasda həmçinin, ABŞ-da Azərbaycan diasporunun fəaliyyəti müzakirə edilib.

ABŞ-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycanda hər ilin sonunda əfv sərəncamı imzalanılır və indiki vaxtda ABŞ-da belə bir qanun layihəsini ortaya atmaqla Azərbaycanı təxribata çəkmək istəyirlər.

O qeyd edib ki, bu qanun layihəsi əvvəlcədən planlaşdırılıb: “Layihə Azərbaycana qarşı birgə təxribat əməlidir. Bizə qarşı təpkilər çox olacaq. Bizdən kəskin, düzgün olmayan reaksiyalar verməyimizi istəyirlər. Ancaq onu da bilmək lazımdır ki, bu, qrup adamın mövqeyidir”.

Deputat Fəzail Ağamalı deyib ki, Azərbaycana qarşı yenidən hücumlara başlanıb: “Azərbaycanın tutmuş olduğu yol demokratik yoldur. Məni təəssüfləndirən odur ki, ABŞ ATƏT-in Minsk qrupunun üzvü kimi Dağlıq Qarabağın separatçıları ilə görüşür. Dövlət Departamenti indiyədək bu cür hallara qarşı hüquqi qiymətini verməyib. Bunun da arxasında ermənilərin təsirində olan dövlət katibi Con Kerrinin dirijor çubuğu dayanır”.

Deputat Zahid Oruc isə deyib ki, ABŞ-la Azərbaycan bütün hallarda işləməlidir: “ABŞ Konqresində Azərbaycanla dost olan konqresmenlər varmı? Əlbəttə var. Bir dəfə də onlar bizə uyğun akt hazırlayıblarmı? Ona görə biz ABŞ-la işi gücləndirməliyik”.

O, Azərbaycan diasporunun bu istiqamətdə fəallığa çağırıb.

Spiker Oqtay Əsədov isə Z. Oruca irad bildirib: “ABŞ-la iş aparılır. Amma bilirsən ki, orada erməni diasporunun tarixi nə vaxtdan başlayır, Azərbaycan diasporunun tarixi nə vaxtdan? 100 ildən çoxdur, orada yaşayan ermənilər artıq amerikanların ətinə-dırnağına işləyib. Amma biz orada cəmi 20 ildir, diaspor qururuq. 2007-ci ildə Konqresdə məsələ müzakirə olunarkən biz 210 səs əldə etdik. Cəmi 15 səs çatmadı. Bu göstərici deyilmi? Siz hər şeyin birdən-birə olmasını istəyirsiniz”.

Deputat Qüdrət Həsənqliyev isə qeyd edib ki, bu gün mətbuatda Ermənistanda referendumun saxtalaşdırıldığı barədə xəbər oxuyub: “ABŞ səfirliyi qeyd edib ki, sənədi saxtalaşdıranlar tədbirlərə çağırılmasın. Bizdə Əfv Komissiyasının üzvləri qeyd edirlər ki, əfv sərəncamı olacaq. Leyla və Arif Yunuslar azad edilib. Əfv sərəncamı imzalanandan deyəcəklər ki, onların addımından sonra əfv oldu. Məncə, buna diqqət etmək lazım deyil, əfv verilməlidir. Bundan sonra görək hansı bəhanəni tapacaqlar”.

İnterpress.az