Prezident yanında Əfv Məsələləri Komissiyasında keçirilən iclasların sıxlığı da bunu deməyə əsas verir. Komissiyadan bildirilir ki, müraciətlərə baxılıb və müzakirələr yekunlaşmaq üzrədir.
Əfv Məsələləri Komissiyasından modern.az saytına daxil olan məlumata görə, çox sayda məhkuma şamil ediləcəyi gözlənilən əfv siyahısında hazırda həbsdə olan bəzi jurnalistlərin də adı yer alacaq.
Prezident İlham Əliyev sonuncu dəfə əfv sərəncamını bu ilin mart ayında – Novruz bayramı ərəfəsində imzalamış, 101 məhkum əfv olunmuşdu.
Qeyd edək ki, hazırda həbsdə xeyli jurnalist saxlanılır: Xədicə İsmayıl, Pərviz Həşimli, Rauf Mirqədirov, Seymur Həzi və digərləri…
İnterpress.az