Xəstənin bağırsağından 15 metr parazit çıxdı (FOTO)backend

Xəstənin bağırsağından 15 metr parazit çıxdı (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədəki xəstəxanalardan birində qeyri-adi hadisə baş verib. 57 yaşlı xəstə qadının nazik bağırsağından 15 metr uzunluqda parazit çıxarılıb.

Bursa şəhəri sakini 57 yaşlı Yadigar Erdem arıqlamaq, ürək bulantısı, iştahsızlıq və qusma şikayətləri ilə xəstəxananın onkologiya şöbəsinə müraciət edib. Mədə xərçəngi diaqnozu qoyulan qadının mədəsi əməliyyatla götürülüb. Əməliyyat zamanı xəstənin nazik bağırsağında soliter adlı bağırsaq qurdu aşkarlayan həkimlər həmin paraziti də çıxarıblar. Parazitin uzunluğunun 15 metr olması həkimlərin təəccübünə səbəb olub. Xəstəxanın həkimi bu parazitlərin boyunun 6 – 10 metr arasında olduğunu, ilk dəfə 15 metrlik soliterlə qarşılaşdığını bildirib.

Xəstənin bağırsağından 15 metr parazit çıxdı (FOTO)

“Bu parazitlərin yumurtaları insanın bədəninə girir və nazik bağırsaqda inkişaf edərək yetkin soliterlər olur. Bundan sonra parça-parça insanın bədənindən tökülürlər. Burada olan yumurtalar yenidən təbiətə dağılışır. Bu parazitlərdən qorunmaq üçün mal əti – 5 dərəcədə saxlanılmalı və yaxşı bişirilməlidir. Təzə meyvə və tərəvəz də yaxşı yuyularaq yeyilməli, lazım gəlsə sirkəli suda bir müddət saxlanılmalıdır.” – deyə xəstəxananın həkimi bildirib.

Xəstənin bağırsağından 15 metr parazit çıxdı (FOTO)

İnterpress.az