“Rusiya Silahlı Qüvvələri Suriyada əməliyyatlar zamanı bütün imkanlarını göstərməyib, əlavə vasitələrimiz var və lazım gəldikdə onlar istifadə ediləcək”.İnterpress.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Biz təyyarəçilərimizin və kəşfiyyatçılarımızın Suriyada necə effektiv çalışdığını müşahidə edirik, onlar səylərini öz aralarında — ordu, donanma və aviasiyada çox effektiv şəkildə əlaqələndirərək, ən müasir silahdan istifadə edirlər”, —deyə Putin qeyd edib.
RF prezidenti ölkəsinin imkanlarının bununla bitmədiyini qeyd edib: “Biz malik olduğunuz vasitələrin hamısını orada hələ istifadə etməmişik. Bizim əlavə vasitələrimiz var və lazım gəldikdə onları da istifadə edəcəyik”.
Interpress.az