Belə ki, nazirin müavini Elsevər Ağayev tutduğu vəzifədən azad edilib.
E.Ağayev sabiq səhiyyə naziri Əli İnsanovun dönəmindən tutuduğu vəzifədə sonralar da qalmağı bacarıb. Üstəlik də aptek biznesi ilə məşğul olduğu deyilən Elsevər Ağayev sabiq nazirin müavinləri arasında sudan quru çıxmağı bacaran yeganə şəxsdir.
Ölkəmizdəki dərman biznesinin əhəmiyyətli hissəsini nəzarətə götürməyi bacaran E.Ağayev Cənubi Qafqazda ən böyük dərman deposuna sahib olan “Avromed” dərman şirkətini himayə edir.
Bundan başqa, E.Ağayevin birbaşa nəzarətində olan nəhəng aptek şəbəkəsi var.
P.S
Qarşı tərəfin də mövqeyini verməyə hazırıq
İnterpress.az