İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, FİFA prezidenti Josef Blatter və UEFA prezidenti Mişel Platini 8 il müddətinə futbolu təmsil etmə hüquququndan məhrum edilib.
Bu barədə qərarı FİFA Etik Komitəsi imzalayıb. Komitə qeyd edib ki, FİFA və UEFA-dakı korrupsiya və sui-istifadə hallarının aşkar olunması nəticəsində prezidentlər futbol hüququndan məhrum ediliblər.
Eyni zamanda, məlumatda FİFA-nın 20-yə yaxın səlahiyyətli şəxslərinin həbs olunduğu da deyilir.
İnterpress.az