Deputat: Azərbaycan bankları problemli kreditləri təkrar strukturlaşdırmalıdırbackend

Deputat: Azərbaycan bankları problemli kreditləri təkrar strukturlaşdırmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, ilk növbədə 1,3 milyard manata çatmış problemli kreditlərlə bağlı məsələni həll etmək lazımdır. Banklar əhaliyə bu kreditləri qaytarmağa imkan verməlidir, çünki bu, bankların özünə fayda verəcək. Ödəniş müddətini 2-3 dəfə artırmaq və faiz dərəcəsini azaltmaq lazımdır ki, əhali bu kreditləri qaytara bilsin. Başqa yol yoxdur\”.

R.Quliyev qeyd edib ki, Azərbaycan bu il (fevralın 21-də dolların rəsmi məzənnəsi 1,05 manat səviyyəsində təyin edilmişdi) artıq devalvasiya ilə üzləşib: \”Oxşar proseslər Azərbaycanla qonşu ölkələrdə, o cümlədən Rusiya, Qazaxıstan, Ukrayna və Belarusda baş verir\”.

Deputat əlavə edib ki, neftin qiyməti artarsa, əks proses baş verə bilər, yəni manat 2005-ci ildə olduğu kimi möhkəmlənəcək: \”Bundan başqa, biz yaxın illərdə iri qaz layihələrini işə salacağıq. Onlar bizim valyuta daxilolmalarımızı tamamlamağa imkan verəcək. Lakin 2-3 il gözləmək lazım deyil. İxracımızı artırmaq və şaxələndirmək üçün daxili istehsalı inkişaf etdirmək lazımdır\”.(trend)

Interpress.az