Cahangir Hacıyevin şikayəti təmin edilməyibbackend

Cahangir Hacıyevin şikayəti təmin edilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

interpress.az-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə verilən apellyasiya şikayəti isə təmin edilməyib. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur. Dekabrın 12-də isə C. Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlə Nərimanov rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib. (apa)

İnterpress.az