Manatın 488 faizlik devalvasiyası – Tarixə nəzərbackend

Manatın 488 faizlik devalvasiyası – Tarixə nəzər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyev Azərbaycanda baş verən devalvasiyanın illərini öz facebook səhifəsində açıqlayıb.

Onun sözlərinə görə, müstəqilliyin ilk illərində manat sürətlə dəyərsizləşib: “Hətta sürətli ucuzlaşma fonunda Mərkəzi Bank dövrü olaraq manatın məzənnəsini kəskin şəkildə aşağı salıb”.

Ekspert 5 devalvasiya prosesinin olduğunu qeyd edib.

1. 24 mart 1994-cü il. Manatın dollara olan rəsmi məzənnəsi kəskin ucuzlaşır və dollar 118-dən 174,2-yə qalxır. Ucuzlaşma 47,6%
2. 23 may 1994-cü il. Manatın dollara olan rəsmi məzənnəsi 186,9-dan 1100-yə qalxır. Ucuzlaşma 488,5%
3. 13 dekabr 1994-cü il. Rəsmi məzənnə 3500-dən 4155-ə qalxır. Ucuzlaşma 18,7%
4. 21 fevral 2015-ci il. Rəsmi məzənnə 0,78-dən 1,05-ə qalxır. Ucuzlaşma 34,6%
5. 21 dekabr 2015-ci il. Rəsmi məzənnə 1,0499-dan 1,55-ə qalxır. Ucuzlaşma 47,6%

O, əsas məzənnə dəyişiklikliyinin ayın sonlarında baş verdiyini vurğulayıb: “1994-cü ildə manat dollara münasibətdə 3444%, 1995-ci ildə 6,2% dəyərini itirib. Növbəti illlərdən başlayaraq manat revanş götürüb. 1996-cı ildə 7,7%, 1997-c ildə 5,1% bahalaşıb”.

İnterpress.az