Mərkəzi Bankın 21 dekabr qərarından bir gün ötməmiş ticarət obyektlərində ajiotaj açıq hiss olunurdu. Dünən vətəndaşlar mağazalardan çox ərzaq alırdısa, bu gün bir sıra dükanlar, hətta apteklər də fəaliyyətini dayandırıb. Meydan TV-nin əməkdaşları paytaxtın 28 may küçəsində müşahidə aparıb. Məlum olub ki, bir çox ticarət mərkəzləri bağlanıb. İnsanlar obyktləri işlədən sahibkarlarla əlaqə saxlaya bilmirlər ki, nə zaman dükanları açacaqlarını öyrənsinlər. g