Azərbaycan valyutası devalvasiyada erməni dramına uduzdubackend

Azərbaycan valyutası devalvasiyada erməni dramına uduzdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış iqtisadçı Samir Aliyev maraqlı araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, xarici stresslərə qarşı ilin ən zəif valyutası Azərbaycan manatı, ən dözümlüsü isə Ermənistan dramıdır.

«2015-ci ilin bitməsinə saylı günlər qalıb. İl iqtisadi proseslər baxımından bol olsa da əsas diqqət mərkəzində milli valyutamızın məzənnəsi oldu. Dünən milli valyutamız növbəti kəskin ucuzlaşmağa (47,6%) məruz qaldı. Birinci devalvasiya uzunmüddətli sabit məzənnədən sonra fevralın 21-də baş vermişdi və manat 34,6% ucuzlaşmışdı. Ümumilikdə 2015-ci ildə manat dollara münasibətdə 97,6% dəyərsizləşib. Bu göstərici ilə manat keçmiş SSRİ ölkələri arasında liderdir», – deyə ekspert bildirib.

Onun sözlərinə görə, milli valyutamız yola saldığımız ildə ən çox ucuzlaşan valyuta olub: «Növbəti yeri Qazaxıstan (91,46%) və Belorus (54.37%) tutur. Siyasi və iqtisadi çətinlik dövrünü yaşayan Ukrayna qrivnası ucuzlaşma həddinə görə (49,15%) 4-cü olub. Orta Asiya təmsilçiləri olan Tacikistan (30,04%) və Qırğızıstanda (28,82%) ucuzlaşma təxminən eyni səviyyədə olub.. Qonşu Gürcüstan larisinin ucuzlaşması 27,40% olub. Hazırda ucuz neft dövrünü yaşayan və sanksiya məngənəsində sıxılan Rusiya rublu dəyərini 26,7% itirib. Moldova leyi 25,44% ucuzlaşıb. Qapalı iqtisadiyyata malik Türkmənistan və Özbəkistanda milli valyutaların ucuzlaşması uyğun olaraq 22,81% və 14,68% təşkil edib. Ən qəribəsi odur ki, xarici stresslərə qarşı ən dözümlü valyuta Ermənistan valyutası çıxıb. Dram 2015-ci ildə cəmisi 0,95% ucuzlaşıb».

Interpress.az