İşçi qrupdan verilən məlumata görə, iclas dekabrın 24-də keçiriləcək. İclasda hüquq müdafiəçiləri, deputatlar, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşları iştirak edəcəklər.
Qeyd edək ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş işçi qrupun iclası prezident İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini 2014-cü il oktyabrın 22-də yenidən bərpa edib.
İnterpress.az