İnterpress.az jurnalistin statusunu olduğu kimi təqdim edir:
“Elman Rüstəmovun oğlu mənim əsgərim olub: Cəliləbadda yerləşən N saylı hərbi hissə, 2007-ci ilin iyul çağırışı, Artilleriya divizionunun 3-cü batareyasının İdarəetmə tağımının əsgəri… Hərbi andı içməyə qədər gəlmişdi, ardınca MOİK-ə ezam olunacaqdı digər məmur övladları kimi. Yadımdadır ki, o, hərbi hissəyə ilk dəfə Audi Q7 ilə gəlmişdi. Təbii ki, özü yox, sürücüsü sürürdü. Maşını qərargahın qarşısında saxlatdırıb sağa-sola, sonra komandirə baxıb dedi: “Əmi, bura da pis deyil a, bəlkə burada qalım, SKA-ya getməyim?” Baş bankirin “əmi” deyə müraciət etdiyi komandir, Qarabağda qızğın döyüşlərin getdiyi vaxtda, 5 əsgəri ilə silahlı emrəni dığalarının mühasirəsindən çıxan tabor komandiri idi. Mühasirədən çıxan zaman dizindən güllə yarası almışdı. İndi də Elman Rüstəmov deyir ki, dəbdəbəli malların idxalını məhdudlaşdırmaq lazımdır. A bəy, sənin oğlun 2007-ci ildə Q7 sürürdüsə, indi yəqin vetrolyotda gəzir! Dünyanın maliyyə mərkəzi hesab olunan Wall Street-də oturanlar işə qiyməti maksimum 20 min dollar olan maşında gəlir, Elman bəy son model BMW-də”. Qeyd edək ki, Bakı küçələrində beşinci model “BMW”-də şütüyən bankir oğlu sosial şəbəkələrdə bahalı avtomobilləri ilə yanaşı, qol saatlarını da reklam etməyi sevir. Hazırda Londonda yaşayan E.Rüstəmov Bakıda həmçinin “Rolls-Royce”, “Audi”, “Mercedes”, “BMW”, “Lexus” markalı avtomobillərdə görünür. Baş bankirin kiçik oğlunun qol saatlarının ağaşı qiyməti isə 220 min dollardan başlayır. Yeri gəlmişkən, saatlar İsveçrənin “Jaeger-LeCoultre” firmasının ən bahalı məhsullarından biridir.
Abuzər
İnterpress.az