1 milyondan çox komputer çökdübackend

1 milyondan çox komputer çökdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, internetin imkanlarından yararlanan komputerlərdə yeni viruslar yayılır. Araşdırmalara görə, \”Dorkbot\” adı verilən yeni virus istifadəçinin xəbəri olmadan komputerlərdən şəxsi məlumatları əldə edə bilir.
Məlumata görə, hazırda bu virus 190 ölkədə 1 milyondan çox komputerə müdaxilə edib.

\”Dorkbot\” adlı virus \”Facebook\” və \”Twitter\” kimi sosial şəbəkələr vasitəsilə komputerlərə giriş əldə edir.

Texniki adı \”Win32/Dorkbot\” olan \”Dorkbot\” virusu şəxsi məqsədlə öz niyyətlərini həyata keçirmək üçün kənardan idarə olunan yeni virusdur.

Qeyd edək ki, FBİ və İnterpol kimi beynəlxalq axtarış təşkilatları birgə əməkdaşlıq nəticəsində həmin virusun kimlər tərəfindən həyata keçirildiyini axtarır.

Səid
İnterpress.az