Hizbullah lideri komandirin ölümündə İsraili suçladıbackend

Hizbullah lideri komandirin ölümündə İsraili suçladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpres xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə Şam səhralığında yerləşən Carmana deyilən əraziyə edilən raket hücumları nəticəsində “Hizbullah”ın təşkilat komandirlərindən biri olan Samir Kantar qətlə yetirilib.

Ötən gün “Əl-manar” televiziyasında canlı yayımda çıxış edən “Hizbullah” lideri qeyd edib ki, S.Kantarı İsrail silahlıları qəsdən öldürüb: “Şəhid S.Kantar İsralin hər zaman hədəfdə olduğunu bilirdik. Bəzi terror qruplaşmaları komandirin qətlə yetirilməsini öz üzərinə götürsə də, biz inanırıq ki, onu İsrail rejimi qətlə yetirdi”.

Qeyd edək ki, S.Kantar Hizbullahın indiyə qədər ən məşhur komandirlərindən hesab edilir. O, 1979-cu ildə özünün üç livanlı dostu ilə birgə İsrailin nəzarəti altında olan Naqariya şəhərindəki məhəllələrdən birinə hücum etməsi ilə şöhrət qazanıb. Hücum nəticəsində iki polis, iki azyaşlı körpə həlak olub. İsrail məhkəmələri sonradan Samirə beş il həbs cəzası versələr də, o 30 il həbsxanada qalmalı olub. 2008-ci ildə iki İsrail hərbçisinin cəsədinə qarşılıq Kantar azad edilib. Bundan sonra isə Samir Kantar Hizbullah sıralarına qoşulub. 2015-ci ilin sentyabrında ABŞ Dövlət Departamenti Kantarı beynəlxalq terrorçu elan edib.

Səid
İnterpress.az