Görüşdə Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb.
Qeyd edək ki, görüş MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu MDB-yə daxil olan bütün ölkələrin müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirib.
Azərbaycanın müdafiə naziri Zakir Həsənovla keçirilən görüşün yalnız protokol hissəsi mətbuata açıq olub. Görüş daha sonra bağlı qapılar arxasında davam etdirilib.
APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, Sergey Şoyqunun Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşündə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının arsenalının gücləndirilməsi və Ermənistana hərbi texniki yardım məsələsi müzakirə olunub.(apa)
İnterpress.az