Məişət texnikası mağazasında qiymətlər artıbbackend

Məişət texnikası mağazasında qiymətlər artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda milli valyutanın dekabrın 21-də həyata keçirilən ikinci devalvasiyasından sonra Bakı şəhərində fəaliyyət göstərən məişət avadanlıqları və elektronika mallarının satışı mağazalarında kütləvi şəkildə qiymətlərin artırılması prosesi müşahidə olunur.

\”Report\” agentliyinin analitik qrupunun paytaxtda keçirdiyi monitorinq nəticəsində məlum olub ki, dekabrın 21-də, günün birinci yarısında 899 manata satılan \”Samsung Note 5\” smartfonunun satış qiyməti növbəti gün 1 349 manat, 699 manata olan \”Samsung S 6\” – 1 049 manata, 799 manatlıq \”Samsung S6 edge\” – 1 199 manata kimi artırılıb. Sadalanan qiymətlər bazarın bu seqmentində lider şirkətlərdən olan \”Baku Electronics\” şəbəkəsində qeydə alınıb.

Bundan başqa, həftənin bazar ertəsi 299 manata təklif olunan \”Samsung J 500\” isə 399 manata, ən sadə, 99 manata olan telefon modelinin qiyməti isə 149 manata çatdırılıb. Bununla yanaşı, sadə planşetlər 229 manatdan 349 manata, 799 manata olanlar isə 999 manata kimi bahalaşdırılıb.

Eyni zamanda, dəyəri dolların məzənnəsinin bahalaşmasından öncə 1 200 manat təşkil edən \”Siemens\” markalı qabyuyan maşın artıq 1 500 manata satılır.

Dekabrın 21-də təxminən saat 15:00-a qədər \”Baku Electronics\”də 30 min manat dəyərində məişət texnikası satılıb. Baxmayaraq ki, bu, həftənin bazar ertəsi olub, satışın həddi həmin gün üçün rekord həddə çatıb. Müqayisə üçün bildirək ki, adi günlərdə isə satışın həcmi 5 min manata qədər olub.

Qiymətlərin qaldırılması ilə bağlı sualın cavabını \”Baku Electronics\” işçiləri tədarükçülərdə axtarmaq lazım olduğunu qeyd edir: \”Bizə tədarükçülər məhsulların yeni qiyməti ilə bağlı siyahı təqdim edib və satış qiymətlərini buna uyğun dəyişirik\”.

Eyni iddia ilə Bakının məişət texnikası bazarında satış həyata keçirən \”Music Gallery\” (MG) mağazalar şəbəkəsinin əməkdaşları çıxış edib. Şirkətin nümayəndəsi əvvəlcə \”Report\”un sorğusuna cavab olaraq bildirib ki, MG-də qiymətlər artırılmayıb, lakin əvvəl elan olunan endirim kampaniyası dayandırılıb: \”Kimin qiymətlə bağlı şikayəti varsa, ölkədə məişət texnikasının tədarükü ilə məşğul olan şirkət rəhbərlərinə müraciət etsin\”.
Qeyd edək ki, dekabrın 18-də MG-nin bütün mağazalarında 20%-lik endirim aksiyasına başlanılmışdır, artıq həmin endirim qüvvədən düşüb. Bundan başqa, mağazalar şəbəkəsinin internet saytı da fəaliyyətini məhdudlaşdırıb.

MG şəbəkəsinə məxsus mağazalarda dekabrın 21-də manatın məzənnəsi düşməzdən öncə 1 198 manata satılan ekran ölçüsü 50 düyüm olan \”Sony\” LED televizoru indi 2 599 manata, 48 düyülük \”Samsung\” LED televizoru – 1 079 manatdan 3999 manata qədər bahalaşdırılıb. Habelə, əvvəlcə 1 700 manata satılan AER markalı paltaryuyan maşın indi 3 399 manata, 999 manatlıq \”Bosch\” markalı paltaryuyan 1 245 manata \”Sharp\” (nofrost) soyuducusu 1 949 manatdan 1 960 manata, \”Hitachi\” isə 1 419 manatdan 1 499 manata qaldırılıb.

İnterpress.az