Banklar manatı rubla dəyişməkdən imtina edirbackend

Banklar manatı rubla dəyişməkdən imtina edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Virtualaz.org saytı xəbər verir ki, banklar “Sputnik” agentliyinin müxbirinin rublla pul köçürmək istəyini rədd ediblər.

Bu hal 3 bankda təkrar olunub. Banklardan bildiriblər ki, onlarda rubl yoxdur, əməliyyatı isə ya manat, ya da dollarla apara bilərlər.

Bank sektorundakı mənbə agentliyə bildirib ki, rublun manata nisbətən məzənnəsi artdığı üçün banklara rublla nağd ödəniş etməmək tapşırığı verilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bugünkü rəsmi məzənnəsinə görə 1 rubl 0,0219 manat təşkil edib. Manatın devalvasiyasından sonra rubl manata nicbətən 0,92 faiz möhkəmlənib.

Interpress.az