Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumata görə, təkrar yoxlama zamanı Y. Muradova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya kustar üsulla “beşbarmaq” tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az