“İnterpress” xəbər verir ki, dövrəni lider olaraq, başa vuran Ağdam təmsilçisi təlim-məşq toplanışına hər zaman olduğu kimi Antalyada başlayacaq.
Yanvarın 5-də yığışacaq “atlılar” toplanış üçün qardaş ölkəyə yollanacaq. Həmin ayın 24-nə qədər Antalyanın Belek bölgəsindəki “İC Santai” otelində məskunlaşacaq Qurban Qurbanovun komandası bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
“Qarabağ”ın yoxlama oyunlarının proqramı belədir:
16 Yanvar – Traktorsazi (İran)
20 Yanvar – Diosgjor (Macarıstan)
23 Yanvar – Admira Wacker (Avstrya)
23 Yanvar – Jagelloniya (Polşa)
İnterpress.az