6 nəfəri güllələyən oğlanın rəis atası iş başındaymışbackend

6 nəfəri güllələyən oğlanın rəis atası iş başındaymış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İdarə rəisinin köməkçisinin ans press-ə verdiyi məlumata görə, saytlarda yer alan bu xəbərlər əsassızdır. “Hazırda Fəxrəddin müəllim iş başındadır və onun işdən azad olunması ilə bağlı heç bir xəbərdarlıq edilməyib.

Saytlarda yer alan məlumatlar isə həqiqəti əks etdirmir. Yazılıb ki, guya onun yerinə artıq təyinat da olub. Bu da yalandır, Fəxrəddin Əliyevin yerinə bu saata kimi heç kim rəis təyin olunmayıb”. Vəzifəsindən azad edildiyi deyilən Fəxrəddin Əliyev Bakıda silahlı insident törədən şəxsin atasıdır. Onun övladının bu əməlinə görə işdən çıxarıldığı iddia olunur. Hətta Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışmış Pərvin Əhmədovun onun yerinə təyinat aldığı da qeyd edilir.

F. Əliyev açıqlamasında oğlu Məhərrəm Əliyevin psixoloji problemlərinin olduğunu deyib: “Hadisə ilə bağlı hazırda Bakı şəhərindəyəm. Hadisənin təfərrüatları barədə heç nə deyə bilmərəm. Hüquq-mühafizə orqanları məsələni araşdırır. Oğlum Bakıda bizneslə məşğul olurdu. Onun psixoloji problemləri var”.(criminal)

İnterpress.az