Prezident: “İŞİD-ə qoşulmaq üçün 643 nəfər Dağıstanı tərk edib”backend

Prezident: “İŞİD-ə qoşulmaq üçün 643 nəfər Dağıstanı tərk edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə respublika başçısı Ramazan Abdulatipov “Vedomosti” qəzetinə müsahibəsində deyib.

R. Abdulatipov qeyd edib ki, insanların İŞİD-ə qoşulması hazırda Dağıstanın başlıca problemi olaraq qalır: “Hər rayonda antiterror komissiyası fəaliyyət göstərir. Məscidlərdə, bütün inzibati mərkəzlərdə silahlı qruplarla əlaqəli olmaqda şübhəli bilinən insanlarla bu barədə söhbətlər aparılır”.

Dağıstan prezidenti, həmçinin bildirib ki, Milli Antiterror Komitəsinin iclasında terrorçuların sırasında döyüşməyə gedənlərin pasportdan məhrum edilməsi ilə bağlı təklif verib.

“Biz bu insanlarla mübarizə aparmaq üçün köklü dəyişikliklər etməliyik”, – deyə respublika başçısı əlavə edib.

Interpress.az