Uşaq yeməklərinə görə cərimələr artırbackend

Uşaq yeməklərinə görə cərimələr artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Süni qida məhsullarının reklamı ilə bağlı qanun sərtləşdirilir. Körpələrin və azyaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına görə də cərimələr artacaq.

Milli Məclisdən verilən məlumata görə, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

İnzibati Xətalar Məcəlləsində uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərinin müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə, süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərinin və onların ailə üzvlərinin bu və ya digər formada həvəsləndirilməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslərin cərimələnməsi təklif edilir.

Süni qida məhsullarının reklamında ana südünün üstünlüyünün qeyd olunmamasına görə fiziki şəxslərə 150 manatdan 200 manatadak cərimə təklif edilir.

Həmçinin vəzifəli şəxslərin 250 manatdan 300 manatadək, hüquqi şəxslərin isə 750 manatdan 1000 manatadək cərimələnməsi nəzərdə tutulur.

Interpress.az