Həbsxanadan mətbuata müraciət var…backend

Həbsxanadan mətbuata müraciət var…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin iyunun 26-da itkin düşmüş kimi axtarışa verilən, sonradan yandırılaraq yol kənarına atıldığı məlum olan 34 yaşlı həkim-ginekoloq Natəvan Əliyevanın qətlində şübhəli bilinən keçmiş əri Samir Əliyev mediaya müraciət edib.
Onun bu müraciətini həyat yoldaşı Zəminə Əliyeva göndərib. S.Əliyev müraciətində bəzi KİV-də onunla bağlı həqiqətə uyğun olmayan, qeyri-rəsmi mənbələrdən alınaraq yayılan məlumatlara cavab verib.

O, bildirir ki, mərhum Natəvan Əliyeva onun həm də dayısı qızıdır: \”Onunla olan nikahımdan 3 övladım var. 2013-cü ildə mənim tərəfimdən verilmiş iddia ərizəsinə baxılması ilə Xətai rayon Məhkəməsi tərəfindən verilmiş qətnamə ilə biz boşandıq. Qətnamə ilə 3 övladımız anasının himayəsində qalıb.

Heç bir aliment iddiası belə olmadan övladlarımızın bütün ehtiyaclarını birgə qarşılayaraq onların normal tərbiyəsinə təsir etməmək üçün Natəvanla tam normal, sivil münasibətlərimizi davam etdirmək qərarına gəldik. Demək olar ki, hər gün övladlarıma vaxt ayırır, onların xoş günlərində, xeyir işlərdə iştirak edirdim. Bir il sonra isə, 2014-cü ildə çoxdan tanıdığım, dünyalar qədər sevdiyim Zəminə ilə rəsmi nikaha girərək ailə həyatı qurdum. İkinci evliliyim övladlarımın razılığı ilə olduğu üçün övladlarım və hətta mərhum Natəvan də normal qarşıladı. Lakin mənim ikinci evliliyimi qohumlarım və valideynlərim qəbul etmək istəmədilər. Amma təbii ki, bu onlar tərəfdən başa düşüləndir. İkinci nikahımdan da bir oğul övladım oldu\”.

S.Əliyevanın sözlərinə görə, keçmiş həyat yoldaşı ilə hazırkı həyat yoldaşı görüşməyiblər: \”Nə həyat yoldaşımın, nə də mənim mərhumla konfliktim olmayıb ki, mən onu hansısa səbəbə görə öldürəm. Mən tam əsassız və qanunsuz olaraq həbs olunmuşam. Belə ki, ortada mərhumun xüsusi amansızlıqla öldürülmüş meyiti olduğu halda guya mən 2013-cü ildə Natəvanla aramızdakı insident zamanı onu öldürməyə cəhd etmişəm, lakin öldürə bilmədiyimə və bu niyyətimi guya 2 ildən çox vaxt keçdikdən sonra həyata keçirdiyim ittihamı ilə təqsirləndirilirəm. Mən Cinayət Məcəlləsinin 29 və 120.1 maddələri ilə ittiham olunuram. Bu ittihamla təkcə mənim əsassız olaraq hüquqlarım pozulmayıb, valideynlərimlə və bütün qohumlarımla münasibətlərimiz düşmənçilik həddinə çatıb\”.
Odur ki, bir daha KİV-nə müraciət edərək deyirəm ki, qeyri-müəyyən mənbələrdən alınmış məlumatlara əsaslanaraq mənim barəmdə cəmiyyətdə rəy formalaşdırmasınlar. Dörd aydır ki, psixoloji təzyiqlərə məruz qalıram. Övladlarımın və ailəmin üzünü görməyə qoyulan qadağaya, istintaqın yalnız qərəzli olaraq bir versiya istiqamətində aparılmasına baxmayaraq inanıram ki, ədalət öz yerini tapacaq\”. (bizimyol)

İnterpress.az