Əyləci tutmayan təyyarə avtobusa çırpıldıbackend

Əyləci tutmayan təyyarə avtobusa çırpıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə həyəcanlı anlar yaşanıb. Əyləc sistemində nasazlıq yaranan təyyarə arakəsmələri qıraraq avtobusun üzərinə çıxıb.

İran Hava Yollarına məxsus olan \”Mahan\” adlı təyyarə Tehrandan İstanbulun Atatürk hava limanına endikdən və sərnişinlər təyyarəni tərk etdikdən sonra parking məkanına yönəlib. Elə bu vaxt hava gəmisinin əyləc sistemində nasazlıq yaranıb.

Nəticədə təyyarə beton arakəsmələrə çırpılıb və ön təkərləri qırılıb. Təkərləri qırıldığı halda belə dayana bilməyən hava gəmisi daha sonra sərnişinləri daşımaq üçün əraziyə gələn sərnişin avtobusunun üzərinə çıxıb.

Dərhal təhükəsizlik tədbirləri məqsədi ilə əraziyə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb edilib. Xoşbəxtlikdən qəza xəsarətsiz ötüşüb.

Hazırda hadisənin qəsdən törədilməsi ehtimalı da araşdırılır.

İnterpress.az