Sumqayıtda ticarət mərkəzində yanğınbackend

Sumqayıtda ticarət mərkəzində yanğın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Axşam saatlarında şəhərin Sülh küçəsində ticarət mərkəzlərinin birinin damında yanğın hadisəsi qeydə alınıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

İlkin ehtimala görə yanğın mərkəzdə yerləşən “Tehran” kafesinin tüstü bacasında baş verən nasazlıq üzündən başlayıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın dərhal söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Ticarət mərkəzinin dam örtüyü 6 kvadratmetr ərazidə yanıb.

İnterpress.az