Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Ağcabədi rayon sakini, 1999-cu il təvəllüdlü Əsmər Əkbərova yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Sürücü onu dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Ə. Əkbərovanın vəziyyətin normal olduğu bildirilir.
Ə. Əkbərovanın Gəncə Dövlət Universitetinin tələbəsi olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
İnterpress.az