Emomali Rəhmon “Tacik millətinin lideri” titulunu qəbul edibbackend

Emomali Rəhmon “Tacik millətinin lideri” titulunu qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

E. Rəhmonun imzaladığı “Sülh və milli birliyin yaradıcısı -Millətin lideri” adlı qanun Tacikistan parlamenti tərəfindən yekdilliklə qəbul edilib.

Bu titul Tacikistanın Konstitusiya əsaslarının möhkəmləndirilməsi, müstəqillik, ərazi bütövlüyü, sabitlik, demokratiyanın möhkəmləndirilməsi, iqtisadi və mədəni dəyərlərin müdafiəsi ilə məqsədilə təsis edilib. Qeyd olunur ki, müvafiq qərarın qəbulu zamanı ABŞ, Avropa ölkələri və Qazaxıstan təcrübəsindən istifadə olunub.

Qeyd edək ki, “Millətin lideri” titulu alan şəxs immunitetə və xüsusi hüquqi statusa malik olacaq. Onun şərəfinə muzeylər, arxivlər və kitabxanalar yaradılacaq.

Interpress.az