Turkvizion yarışmasının azərbaycanlı qalibi intihar etdi-VİDEObackend

Turkvizion yarışmasının azərbaycanlı qalibi intihar etdi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Elza SEyidcahanın tərəf-müqabili, gənc müğənni Elvin Ordubadlı intihar edib.
İnterpress.az-ın verdiyi xəbərə görə, bu barədə dostları onun Facebook səhifəsində intihar etdiyi barədə məlumat yayıblar.
25 yaşlı müğənni özünü binadan atıb.
Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub, paytaxtın Bakıxanov qəsəbəsi, Y. Əliyev ev 1, mənzil 23-də yaşayan, 1989-cu il təvəllüdlü Elvin Ramazan oğlu Quliyev özünü yaşadığı binanın 5-ci mərtəbəsindəki evin eyvanından ataraq intihar edib.
Ağır bədən xəsarətləri alan gənci 3 saylı şəhər xəstəxanasına çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Elvin Quliyev aldığı xəsarətlərin ağırlığından xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Elvin Ordubadlı kimi tanınan müğənni \”Azərbaycanın səsi\” musiqi yarışmasının qalibi olub. Bundan başqa, 2014-cü ildə Azərbaycanı \”Türkvision\” musiqi yarışmasında təmsil edib. Həmin yarışmada Elza Seyidcahanın bəstələdiyi \”Divlərin yalnızlığı\” mahnısını ifa edib.
Dünyasını dəyişən müğəninin iki azyaşlı qız övladı var.

İnterpress.azhttps://youtube.com/watch?v=OwVrswLtVrs