Bakı polisi qardaşını öldürən şəxsi tutubbackend

Bakı polisi qardaşını öldürən şəxsi tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

interpress.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dekabrın 25-də Nərimanov rayonu ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş Elxan Həbibov ailə-məişət münaqişəsi zəminində qardaşı, əvvəllər məhkum olunmuş Əbülfətə bıçaqla xəsarət yetirib. Əbülfət xəstəxanaya aparılarkən yolda ölüb.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Həbibov tutulub.

İnterpress.az