“Azərpoçt“un sənədləri oğurlandıbackend

“Azərpoçt“un sənədləri oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə ötən gecə “Azərpoçt” MMC-nin Lənkəran regional poçt filialının rayonun Sütəmurdov kəndindəki poçt şöbəsində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər poştun plastik pəncərəsindən daxil olaraq içəridəki seyfi özləri ilə aparıblar. Məlumata görə, seyfdə poçta aid sənədlər saxlanılıb.

Hadisə barədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə xəbər verilib. Polis əməkdaşları hazırda faktla bağlı araşdırma aparırlar. ( apa )

İnterpress.az