Reyd zamanı rayonun Osaküçə kəndi ərazisindəki meşə massivində mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran ümumilikdə 150 kiloqram çəkidə 3 baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilərək götürülüb.
Lənkəran Baytarlıq İdarəsindən bildiriblər ki, aşkarlanmış heyvan cəmdəkləri müayinə olunmaq üçün Respublika Baytarlıq Laboratoriyasına təhvil veriləcək.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalara başlanıb.(apa)
İnterpress.az