Xalq artisti bu barədə ans press-ə danışıb. Onun sözlərinə görə, qardaşı uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirdi.
“Qardaşım ağır xəstəydi. İl yarım idi ki, xərçəngdən əziyyət çəkirdi. 68 yaşı vardı. Xəstə-xəstə İsveçdən Bakıya gəldi. Burda rəhmətə getdi”.
Xalq artisti dedi ki, qardaşı subay olub. Sabir Kərimov ixtisasca həkim idi. Valeh Kərimovun yanvarın 2-si kiçik oğlunun toyu olacaq. O, toyu təxirə salmaq fikri olmadığını dedi.
Xalq artisti 1969-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirdikdən sonra öz aktyor taleyini həmişəlik olaraq Sumqayıt Teatrı ilə bağlayıb.
1990-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2000-ci ildə isə Respublikanın xalq artisti fəxri adına, həmçinin Prezident mükafatına layiq görülüb. 1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
İnterpress.az