“Soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsinin təkmilləşdirilməsi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsində əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə müvafiq İşçi Qrup yaradılıb, bu istiqamətdə xarici təcrübə öyrənilərək təkliflər hazırlanıb.
İnterpress.az-ın xəbərinə görə, bunu Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.
O qeyd edib ki, diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, xaricdə yaşayan soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin dərinləşdirilməsi sahəsində mövcud olan problemlər öyrənilib və pərakəndə fəaliyyətin qarşısının alınması məqsədilə bir sıra addımlar atılıb.