Bakıda ICESCO-nun regional ofisi açılacaqbackend

Bakıda ICESCO-nun regional ofisi açılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakıda İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) regional ofisi açılacaq”.

İnterpress.az xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Şuşada jurnalistlərə bildirib.

“Azərbaycanda açılacaq regional ofis ilk vaxtlarda Bakıda yerləşəcək”, – əl-Malik deyib.

Baş direktor Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olduğunu, yolların, hava limanlarının və digər infrastruktur obyektlərinin tikintisi nəticəsində hər şeyin necə dəyişdiyini öz gözləri ilə gördüyünü bildirib.