26 oktyabr 2022-ci il tarixində Beyləqan rayon Sarısu qəsəbə tam orta məktəbində Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Mil” sosial və iqtisadi sahələrdə maarifləndirmə ictimai birliyinin təşkilatçılığı ilə “EDUs təhsil platformasının yaradılması” layihəsinin növbəti tədbiri təşkil edilib.
İnterpress.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri Mürsəl Behbudlu qonaqları salamlamış və uğurlar arzu edib. Daha sonra isə layihəyə ekspert qismində cəlb edilmiş Fuad Məmmədov layihə haqqında ətraflı məlumat vermiş, layihə çərçivəsində yaradılmış “EDUs təhsil platforması”nın iş prinsipi haqqında detallı məlumat verib. Qarşılıqlı diskussiya şəraitində keçən tədbir maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.
Qeyd edək ki, layihə çərçivəsində yaradılmış eduspro.net platforma Beyləqan rayonunun 2 ümumtəhsil məktəbində tətbiq edilməsi üçün müvafiq məktəblərdə görüşlər keçirilib.
Layihənin əsas məqsədi valideyn – müəllim əlaqələrinin elektronlaşdırılması yolu ilə tədrisin keyfiyyətinin artırılmasına dəstək olmaqdan ibarətdir.