Məşhur pop müğənni Rihanna uzun illər sonra musiqiyə qayıtmaq səbəbini açıqlayıb.
Belə ki, “Qara Pantera: Əbədi Vakanda” (“Black Panther: Wakanda Forever”) layihəsinin saundtreki ilə altı illik fasiləyə son verən aktrisa bunu 2020-ci ildə onkoloji xəstəlikdən vəfat edən Çedvik Bouzmanın xatirəsini yad etmək üçün etdiyini bildirib.
Sözügedən filmin rejissoru Rayan Kuqler mahnının ifası üçün məhz Rihannanın seçilməsinin təsadüfi olmadığını açıqlayıb.
“Biz filmin hekayəsini danışa bilən, mövzusunu əhatə edən və fərqli “qablaşdırma”da tamaşaçılara təqdim edən böyük sənətkar axtarırdıq. Bunun qadın olması məntiqli idi, çünki bu, ikinci filmin əsas mövzusudur – analıq”, – deyə o bildirib.
Kuqlerin sözlərinə görə, barbadoslu ifaçı filmin birinci hissəsində “Qara Pantera” rolunu oynayan mərhum Bouzmanın irsinə töhfə vermək istəyib:
“Bəstəni təqdim edən kimi Rihanna birbaşa dedi: “Mən bunu Çed üçün etdim”.
Qeyd edək ki, oktyabrın 28-də Rihannanın “Qara Pantera: Əbədi Vakanda” filminin soundtrekinə çevrilən yeni “Lift Me Up” mahnısı yayımlanıb.
Mənbə: Gazeta.ru