Dünya Alpagut Federasiyasının Vitse-prezidenti Emil Rəhimov Fransa Senatının qəbul etdiyi qətnaməni pisləyib.
E.Rəhimov bu barədə İnterpress.az-a açıqlamasında deyib.
“Sözdə demokratiyanın beşiyinin olduğu ölkələrdən sayılan, keçmişi günahsız insan qanına bulaşmış və Setif və Quelmada sivil müsəlmanlara qarşı amansız soyqırımlar həyata keçirmiş Fransanın, Xocalı soyqırımını törədən Ermənistana dəstək amaçlı Fransa Senatının qəbul etdiyi qətnaməni qətiyyətlə pisləyirəm”, – o bildirib.