Naqif Həmzəyev İranı müdafiə edən azərbaycanlılara ÇAĞIRIŞ ETDİbackend

Naqif Həmzəyev İranı müdafiə edən azərbaycanlılara ÇAĞIRIŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Ermənistana dəstəyini artıq açıq-aşkar nümayiş etdirir”;

“Əli Kərimlinin İran rejiminin tərəfdarlarını dəstəkləməsi utancvericidir”

“İranın Azərbaycana qarşı səmimi münasibət sərgiləməməsi, Ermənistanı dəstəkləməsi hər bir azərbaycanlını narahat edir. Xüsusilə, bu məsələ İran ərazisində yaşayan on milyonlarla azərbaycanlını daha çox narahat edir”.

Bunu İnterpess.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, İranın uzun müddətdir gizli şəkildə Ermənistanı dəstəklədiyi hər kəsə bəllidir: “Amma indi artıq açıq-aşkar bu dəstəyi nümayiş etdirir. Təəssüflər olsun ki, İran rejimini dəstəkləyən qüvvələr var, xüsusilə də özlərini müxalifət adlandıran Əli Kərimlinin və digərlərinin İran rejiminin tərəfdarlarını dəstəkləməsi utancvericidir. Biz düşünürük ki, İranın mövqeyini heç cürə dəstəkləmək olmaz. İran birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salır. İranın bəzi televiziya kanalları Azərbaycana qarşı qərəzli və təxribat xarakterli reportajlar yayımlayırlar. İran rejimi faktiki olaraq Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı Qələbəsinə sevinmir, eləcə də Zəngəzur dəhlizinin açılmasına maneə törədirlər. İranın mövqeyini dəstəkləmək, iranpərəst siyasət yürütmək, din təsiri altına düşərək İrana dəstək sərgiləmək çox yanlış yanaşmadır. Bu yolda olan həmvətənlərimizi, soydaşlarımızı haqq yoluna gəlməyə çağırıram”.

Fuad Rövşənoğlu

İnterpess.az