Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “GƏNC ELÇİ- Milli dəyərlərin təbliği” lahiyəsinə start verilib.
İnterpress.az xəbər verir ki, layihənin məqsədi xaricdə yaşayan, işləyən və diaspor fəaliyyəti ilə məşğul olan soydaşlarımızı sosial media vasitəsilə milli maraqların təbliğatçısına çevirmək, Azərbaycanın daxili və xarici uğurlarını sosial media və şəbəkələr vasitəsi ilə dünyaya çatdırmaqdan ibarətdir.
Layihə çərçivəsində xaricdə yaşayan, işləyən, diaspor fəaliyyətində yaxından iştirak edən soydaşlarımızdan, videoreportajlar və müsahibələr hazırlanaraq geniş izləyici kütləsi olan sosial şəbəkələr və media resurslarında ictimaiyyətə təqdim olunub.