Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Semra Güzel deputat mandatından məhrum edilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Artıq bununla bağlı qərar qardaş ölkənin “Resmi Gazete”sində dərc olunub.
Terrorçu ilə fotoları üzə çıxdıqdan sonra xaricə qaçarkən tutularaq həbs edilən HDP-li Semra Güzel parlament üzvlüyündən çıxarılıb.
Onun mandatının alınması səsverməyə çıxarılıb və 330 deputat səs verib.
Semra Güzelin deputat mandatından məhrum edilməsi ilə HDP-nin TBMM-də təmsilçilərinin sayı 56-ya düşüb.