Ukraynada yüksəkvəzifəli təhlükəsizlik əməkdaşlarına qarşı ƏMƏLİYYAT – FOTObackend

Ukraynada yüksəkvəzifəli təhlükəsizlik əməkdaşlarına qarşı ƏMƏLİYYAT – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada iki yüksəkvəzifəli SBU əməkdaşının evində axtarış aparılır.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) iki yüksəkvəzifəli əməkdaşı dələduzluq mərkəzlərinə himayədarlıq etmək və bunun müqabilində rüşvət almaqda şübhəli bilinir.

Milli Antikorrupsiya Bürosu SBU-nun Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi Anton Kravçukun və Milli Dövlətçilik Müdafiəsi Departamentinin Baş İdarə rəisinin birinci müavini Aleksandr Kovalçukun evində axtarış aparır.

İstintaqın digər SBU əməkdaşı Sergey Dudkanın hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı hücumundan sonra genişləndiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az