Kanadada betonqarışdıran maşın məktəbli qızın həyatına son qoyub.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
hadisə zamanı məktəbli qız betonqarışdıran maşının altında qalaraq ölüb.
Faciə anı təhlükəsizlik kameralarına düşüb. İlkin məlumata görə, qız qulaqlıqla musiqi dinləyərək və telefonuna baxaraq hərəkət etdiyi üçün yaxınlaşan nəqliyyat vasitəsini görməyib.
Sürücü də piyadanın dayanmayacağını gözləmədiyindən toqquşmanın qarşısını ala bilməyib.
Xuraman Etibarlı
İnterpress.az






