ABŞ-da polis kokaini az çəkidə satan narkotacirləri şikayət etməyi təklif edib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Şimali Karolina ştatının Qrinsboro şəhər polis idarəsi sakinlərə maraqlı çağırış edib.
Polisin rəsmi sosial media hesabında yayılan paylaşımda sakinlərə kokaini vəd ediləndən az çəkidə satan narkotik satıcıları barədə hüquq-mühafizə orqanlarına məlumat vermək təklif olunub.
Polis idarəsi artıq bu cür şikayətlə müraciət edən şəxsin olduğunu da bildirib.
Xuraman Etibarlı
İnterpress.az






