Zelenskinin keçmiş mətbuat katibi barəsində cinayət işi AÇILDIbackend

Zelenskinin keçmiş mətbuat katibi barəsində cinayət işi AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenskinin sabiq mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq Prezident Volodimir Zelenskinin sabiq mətbuat katibi Yuliya Mendelə dövlətə xəyanət və Rusiyanın silahlı təcavüzünə haqq qazandırma ittihamları üzrə qiyabi şübhə elan edib.

SBU-nun məlumatına görə, Mendel xarici mediaya verdiyi müsahibələrdə və sosial şəbəkələrdəki paylaşımlarında Ukraynanın beynəlxalq nüfuzuna xələl gətirən, eləcə də Rusiyanın mövqeyinə uyğun informasiya narrativləri yayıb.

Ona qarşı hərbi vəziyyət dövründə dövlətə xəyanət, həmçinin Rusiyanın silahlı təcavüzünə haqq qazandırma və onu təbliğ etmə maddələri üzrə ittiham irəli sürülüb.

Qeyd olunur ki, Yuliya Mendel hazırda Ukraynadan kənardadır. Bu səbəbdən onun barəsində məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xatırladaq ki, Mendel daha əvvəl Volodimir Zelenskini davam edən müharibədən “ən çox faydalanan şəxs” adlandırmışdı.

Xuraman Etibarlı

İnterpress.az