Ermənistanda AĞIR YOL QƏZASI: 9 nəfər öldü, 2 nəfər YARALANDIbackend

Ermənistanda AĞIR YOL QƏZASI: 9 nəfər öldü, 2 nəfər YARALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda baş verən dəhşətli qəzada doqquz nəfər ölüb, iki nəfər yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Faciəvi hadisə Aparan–Aştarak avtomobil yolunda, Ohanavan kəndi yaxınlığında baş verib.

İlkin məlumata görə, üç minik avtomobili və qoşqulu yük maşınının toqquşması nəticəsində 9 nəfər həyatını itirib, 2 nəfər isə xəsarət alıb.

Qəzanın səbəbləri barədə hələlik məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az