Aralıq dənizində 4,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Zəlzələnin episentrinin Muğlanın Datça rayonundan 260,43 kilometr aralıda olduğu müəyyən edilib.
Zəlzələ saat 06.31-də Krit adasının cənub-şərqində 4,4 bal gücündə qeydə alınıb.
Dəniz səthinin 6,86 kilometr dərinliyində olan zəlzələnin episentrinin Muğlanın Datça mahalından 260 kilometr uzaqlıqda olduğu müəyyən edilib.