İstanbulda aşan avtomobilin mühərriki zərbənin təsirindən yola düşüb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Hadisə Şile yolunun Çekmeköy bölgəsində baş verib. Qəza zamanı avtomobilin mühərriki yerə düşüb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Belə ki, avtomobil idarəetmədən çıxaraq əvvəlcə maneəyə çırpılıb, daha sonra avtomobil aşıb və təxminən 40 metr sürüklənib.
Məlumata görə, qəzaya sürücünün sərxoş olması səbəb olub.