Ötən gecə Çinin şimal-şərqindəki Liaonin əyalətindəki Panşan şəhərində sənaye kimyəvi maddələri istehsal edən fabrikdə baş verən partlayış nəticəsində iki nəfər ölüb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Partlayışdan sonra başlayan yanğın yerli yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.
Partlayış və ondan sonra baş verən yanğında 2 nəfər həyatını itirib, 34 nəfər yaralanıb.
İtkin düşmüş 12 nəfərin axtarışları davam edir.