ABŞ-da təlim uçuşu keçirən helikopter qəzaya düşüb, iki hərbçi ölüb.
Bu barədə İnterpress.az yerli mediaya istinadın xəbər verir.
Bildirilib ki, ABŞ-ın Alabama ştatında “Black Hawk” helikopterinin magistral yolda qəzaya uğraması nəticəsində iki milli qvardiya həlak olub.
Milli Qvardiyanın Tennessi Departamentinin bəyanatında deyilir ki, UH-60 Black Hawk helikopteri Alabama ştatının Huntsville şəhərində məşq zamanı şossedə qəzaya uğrayıb.
Açıqlamada helikopterdə olan iki milli mühafizəçinin həyatını itirdiyi və qəza ilə bağlı araşdırma başlanıldığı bildirilib.